Suyu qaynadıb içmək zərərlidir


Digərləri 16 Mar 2019 19:17:00 250 0

Suyu qaynadıb içmək zərərlidir

Bəzən suyun çirkli olmasına görə suyu qaynadıb içirik. Qaynadılmış suyu içəndə aşağıda yazılanları bilsəniz yəqin ki, bir daha içməzsiniz.

Son.az medicina.az-a istinadən bildirir ki, tanınmış həkim, xalq təbabəti üzrə bilicisi Füzuli Hüseynov bildirib ki,  su qaynayan zaman tərkibindəki kalsium, kalium, maqnezium, karbonantlar və başqa minerallar sudan ayrılıb qaynayan qabın iç divarlarına yapışaraq sudan ayrılır, belə deyək su mineralsızlaşır.

İkincisi, su qaynayan zaman əmələ gələn qabarcıqlar suda oksigen səviyyəsini aşağı salır, su nə qədər çox qaynayarsa, bir o qədər ağırlaşır (xatırladım ki, atom sənayesində istifadə olunan ağır su sayılan deyterium da suyun dəfələrlə qaynadılması və hidroliz olması nəticəsində alınır). Ağır su hüceyrələrdən pis sorulur, hüceyrələri çiy su qədər qidalandıra bilmir.