Xərçəng olmaq istəməyənlər üçün möcüzə şərbət


Digərləri 16 Mar 2019 19:18:00 201 0

Xərçəng olmaq istəməyənlər üçün möcüzə şərbət

Xərçəng xəstəliyi elə bir xəstəlikdir ki, belə xəstələr sanki gözləri ilə hamıdan yardım istəyirlər. Mən deyərdim dəhşətli bir xəstəlikdir, bunu yalnız xəstələr və xəstələrə qulluq edən yaxınları bilir.

Son.az medicina.az-a istinadən bildirir ki, həkim naturopat Füzuli Hüseynov bu reseptdən istifadə edən xərçəng xəstələrinin artıq illərdir ki, rahat həyatlarına davam etdirdiklərini bildirib. Xatırladım ki, bu şərbəti siz kimyaterapiya alsanız da içə bilərsiniz, amma yenə də həkiminizlə məsləhətləşsəniz yaxşı olar.

Şərbətin çox xoşagələn dadı, ətri və təravətləndirici bir təsiri vardır. Şərbətdən nəinki xərçəng xəstələri, ailədə hər bir insan hətta körpələrinizə, hamilə xanımlara belə verə bilərsiniz.

Şərbət bütün il boyu hər gün içilməsinə baxmayaraq, təzə meyvə kimi bütün minerallarını və vitaminlərini qoruyub saxlamışdır. Lazım olan giləmeyvələr mütləq təzə olmalıdır, tapmasanız yalnız itburnu və yemişan meyvəsinin qurusundan da istifadə edə bilərsiniz.

Lazım olanlar:

Böyürtkən təzəsi - 10 kq

Moruq - 10 kq

Qara qarağat - 7 kq

Çiyələk - 10 kq