"Aydınçik"in səhhətində problem yaranıb: İrana aparıldı


Şou-biznes 16 Mar 2019 19:09:00 247 0

"Aydınçik"in səhhətində problem yaranıb: İrana aparıldı

1970-1980-ci illərin məşhur şanson ifaçısı Aydın Vəliyevin ("Aydınçik") səhhətində problem yaranıb.

Son.az medicina.az-a istinadən bildirir ki, tanınmış ifaçı İranın paytaxtı Tehranda xəstəxanaya yerləşdirilib. Yaxınları bildirir ki, "Aydınçik" qaraciyərində yaranmış problemdən şikayətlənir.

Aydınçik (Aydın Salman oğlu Vəliyev) 1957-ci ildə dünyaya gəlib.  1970-1980-ci illərdə şanson stilində ifa etdiyi mahnılarla Azərbaycanda, xüsusilə Bakıda məşhur olmuş müğənni, şair və bəstəkardır.