İsrail səfiri: Azərbaycan xalqlar arasında qarşılıqlı anlaşmanın təmin olunmasına böyük töhfə verir


Digərləri 16 Mar 2019 19:02:21 193 0

İsrail səfiri: Azərbaycan xalqlar arasında qarşılıqlı anlaşmanın təmin olunmasına böyük töhfə verir

Azərbaycan xalqlar arasında qarşılıqlı anlaşmanın təmin olunmasına böyük töhfə verir.

Bakı. Cani Babayeva - "İsrail gimnastı Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazandığı üçün çox fəxr edirəm". Bunu Trend-ə açıqlamasında İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib. Xatırladaq ki, Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda sərbəst hərəkətlərin yekunu üzrə İsrail təmsilçisi Artyom Dolqopyat 15.066 balla birinci olub. Diplomat İsrail gimnastının möhtəşəm performans göstərdiyini bildirib: "Bu, yüksək səviyyəli çıxış idi, tapşırıq ideal icra olundu". D.Stav burada yüksək rəqabətin olduğunu vurğulayıb: "Alətlər dünya standartlarına cavab verir. Bunu Bakıya gələn bir çox idmançılardan eşitmişəm. Həmçinin Azərbaycan tamaşaçılarına minnətdaram ki, bütün gimnastlara belə hörmətlə yanaşırlar. Bu, arenada əsl idman ab-havasının olduğunu göstərir". Səfir deyib ki, israilli idmançılar bura gəlməkdən və yarışmaqdan çox şaddırlar: "Çünki burada yaxşı alətlər, müsbət ab-hava və peşəkar münasibət var. Bu Dünya Kuboku Olimpiya Oyunları və digər vacib yarışlara hazırlaşan idmançılar üçün öz güclərini sınamaq baxımından çox mühüm turnirdir. Bundan başqa, onlar Avropa çempionatına hazırlaşırlar".