“Top Model Azerbaijan 2019” layihəsi keçiriləcək FOTO


Şou-biznes 16 Mar 2019 18:10:00 353 0

“Top Model Azerbaijan 2019” layihəsi keçiriləcək  FOTO

18 mart 14:00-da "1033Baku Event Hall" da "Top Model Azerbaijan 2019" layihəsi baş tutacaqdır. Tədbirdə bir çox geyim, ayaqqabı, müxtəlif əl işi olan milli markalar, eyni  zamanda xarici brendlərin "Top Model Azerbaijan" layihəsinin iştrakcıları tərərfindən podyumda təqdimatı baş tutacaq.

"Top Model Azerbaijan" layihəsinin təsisçisi və direktoru tanınmış aparıcı Novruz İsmayil layihə haqqında ətraflı məlumatı bizimlə bölüşdü. İşində peşakar olan Rüstəm Cabrailov, İlqar Əliyev, Elxan Huseyn, Parviz Əliyev, Rüstəm Hacıyev və s kimi tanınmış kişi modelləridə podyumda ayaqqabı və geyim brendinin təqdimatını həyata keçirəcəklər. Tanınmış xanım modellər, internet fenomenləri, aparıcı və aktrislardan ibarət maraqlı və surpriz dolu şouda təqdimatda gözlənilir.

Tədbirə tanınmış dizaynerlər, modelər, ifaçılar, stlistlər, fotoqraflar, bir çox incəsənət adamları və bir çox iş adamları dəvət olunmuşdur. Tədbirdə "Top Model Azerbaijan" layihəsi çərcivəsində işində peşakarlığı ilə fərqlənən şəxslərə "Professional Awards" mükafatları təqdim olunacaqdır. 


Xəbərə aid fotolar