Bu gün Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə 4 tədbir təşkil olunub


Digərləri 16 Mar 2019 18:00:00 201 0

Bu gün Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə 4 tədbir təşkil olunub

Bu gün Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə 4 tədbir təşkil olunub

Bakı. Bu gün Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə 4 tədbir təşkil olunub. Mərkəzdən Trend-ə verilən məlumata görə, martın 16-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Naxçıvan Muxtar Respublikasından gəlmiş şagirlər üçün konsert təşkil edilib. Konsertdə xanəndələr Hüseyn Məlikov, Rəvanə Əmiraslanlı, Rəvanə Qurbanova muğamlardan və xalq mahnılarından ibarət proqramla çıxış ediblər. Daha sonra Muğam Mərkəzində “Dəyirmi masa” layihəsi çərçivəsində “Orta əsr musiqisi və musiqi alətlərinin tarixi” mövzusunda Beynəlxalq seminar keçirilib.