Prezident İlham Əliyev irlandiyalı həmkarını təbrik edib


Siyasət 16 Mar 2019 17:15:07 204 0

Prezident İlham Əliyev irlandiyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İrlandiyanın Prezidenti Maykl Higginsə təbrik məktubu ünvanlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, İrlandiyanın milli bayramı - Müqəddəs Patrik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".