ABŞ prezidentliyinə ən şanslı namizədlərdən birinin keçmişdə haker olduğu üzə çıxdı


Dünya 16 Mar 2019 16:54:00 232 0

ABŞ prezidentliyinə ən şanslı namizədlərdən birinin keçmişdə haker olduğu üzə çıxdı

ABŞ Demokrat partiyasının üzvü, keçmiş konqresmen, texaslı siyasətçi və bu günlərdə 2020-ci ildə keçiriləcək seçkilərdə iştirak etmək üçün namizədliyini açıqlayan Beto O`Rurk yeniyetmə çağlarında haker fəaliyyəti ilə məşğul olub.

Son.az bildirir ki, musavat.com "Reuters" agentliyinə istinadən xəbər verir ki, O`Rurk "Ölü İnəyin Kultu" (Cult of the Dead Cow) adlı haker qrupunun tərkibində iştirak edib.

Agentlik qrup üzvlərinin uzun müddət demokrat siyasətçinin karyerasına mane olmamaq naminə bu sirri saxladıqlarını, lakin son zamanlarda prezidentlik yarışının iştirakçısının qaranlıq keçmişinin üzə çıxarılmağa başlandığını bildirib.