Nazir: "Azərbaycan və İran birgə beynəlxalq ticarət şirkəti yaradacaq"


Digərləri 16 Mar 2019 16:38:00 220 0

Nazir: "Azərbaycan və İran birgə beynəlxalq ticarət şirkəti yaradacaq"

İran və Azərbaycan prezidentləri ikitərəfli münasibətlərin inkişafı ilə bağlı ciddi iradə nümayiş etdirir.

Son.az xəbər verir ki, bunu İranın iqtisadi işlər və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsənd Trend-ə verdiyi açıqlamasında deyib.

F.Dejpəsəndin sözlərinə görə, Azərbaycan və İran birgə beynəlxalq ticarət şirkəti yaradacaq: "İran və Azərbaycan həm birgə investisiya şirkətləri, həm də birgə fondlar yaratmaq niyyətindədir. Bununla da azərbaycanlı və iranlı iş adamları daha asan şəkildə işləyə biləcəklər".

İranlı nazir Rəşt-Astara dəmiryolunun iki il ərzində istismara verilməsinin nəzərdə tutulduğunu da deyib.