Pentaqonun keçmiş əməkdaşı casus çıxdı


Dünya 16 Mar 2019 15:16:00 207 0

Pentaqonun keçmiş əməkdaşı casus çıxdı

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Ron Rokvell Hansenin Çinə casusluq etdiyi məlum olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyinin saytında bildirilib. Məlumata görə, 2006-ci ildən departamentdə çalışan 58 yaşlı Hansen 2014-cü ildə Çin kəşfiyyat idarəsi ilə əməkdaşlıq etməyə başlayıb. O, agentlərlə mütəmadi olaraq Çində görüşüb, ötürdüyü xəbərlərə görə yüz minlərə dollar alıb.