“Bu yaz özün bir təbiət yarat!” devizi ilə ağacəkmə aksiyası keçirilib (FOTO)


Digərləri 16 Mar 2019 14:55:00 231 0

“Bu yaz özün bir təbiət yarat!” devizi ilə ağacəkmə aksiyası keçirilib (FOTO)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), İDEA İctimai Birliyi və Bakı Nəqliyyat Agentliyinin birgə təşkilatçılığı ilə Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında ağacəkmə aksiyası keçirilib.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), İDEA İctimai Birliyi və Bakı Nəqliyyat Agentliyinin birgə təşkilatçılığı ilə Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında ağacəkmə aksiyası keçirilib. Trend-in məlumatına görə, aksiya “Bu yaz özün bir təbiət yarat!” devizi ilə başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində təşkil edilib. Yaz ağacəkmə aksiyasında 2,5 hektar ərazidə 1600 badam ağacı əkilib.