"Mehriban Əliyeva sayəsində Azərbaycanda gimnastikanın inkişafı üçün ən yaxşı şərait yaradılıb"


Siyasət 16 Mar 2019 14:45:46 207 0

"Mehriban Əliyeva sayəsində Azərbaycanda gimnastikanın inkişafı üçün ən yaxşı şərait yaradılıb"

"Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva sayəsində ölkədə gimnastikanın inkişafı üçün ən yaxşı şərait yaradılıb".

Son.az bildirir ki, bunu Trend-ə bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.

Baş məşqçi bildirib ki, bu il Bakı dünyanın gimnastika paytaxtına çevriləcək:

"Fevralda bizdə batut üzrə Dünya Kuboku keçirilib. Bu günlərdə idman gimnastikası üzrə Dünya Kuboku keçirilir. Aprelin 26-27-də bədii gimnastika həvəskarları bu idman növü üzrə Dünya Kubokunu izləyə biləcəklər. Həmin yarışdan əvvəl "AGF Trophy" beynəlxalq turniri keçiriləcək. Bu turnirdə Avropa çempionatına hazırlaşan gənc gimnastlar çıxış edəcək. Avropa çempionatı da Milli Gimnastika Arenasında keçiriləcək".

Avropa çempionatından danışan M.Vasileva qeyd edib ki, bəzi ölkələr, məsələn Moldova və Şimali Makedoniya yarışda ilk dəfə iştirak edəcək:

"Avropa çempionatı böyük əhəmiyyət daşıyır, çünki bu turnir sentyabrda Bakıda keçiriləcək dünya çempionatı üçün lisenziya xarakteri daşıyır. Bundan başqa, gimnastlara azarkeşlik etmək üçün çox sayda xarici qonağın gəlməsi gözlənilir".