Azərbaycan Prezidentinin təşəbbüsü ilə OPEC+ ölkələri ilk dəfə Bakıda toplaşır


Digərləri 16 Mar 2019 14:36:00 80 0

Azərbaycan Prezidentinin təşəbbüsü ilə OPEC+ ölkələri ilk dəfə Bakıda toplaşır

Bakıda keçiriləcək OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasında 14 neft ölkəsi və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunacaq.

Bakı. Bakıda keçiriləcək OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasında 14 neft ölkəsi və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunacaq. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, bu tədbir, Azərbaycan Prezidenti İlham Əliyevin OPEC və qeyri-OPEC ölkələrinin tədbirlərinin Bakıda keçirilməsi təklifi ilə baş tutur. Bu təklifin qəbulu neft bazarının tənzimlənməsi məqsədilə OPEC+ formatının yaradılması təşəbbüsü ilə ilk dəfə çıxış edən Azərbaycan Prezidentinin enerji siyasətinə verilən yüksək qiymətin göstəricisidir. Belə ki, hələ 2016-cı ilin yanvarında Azərbaycan Prezidenti qiymət sabitliyinə nail olmaq üçün Davos Forumunda belə bir əməkdaşlıq təşəbbüsünü irəli sürərək bildirib ki, OPEC üzvləri və OPEC üzvü olmayan böyük istehsalçılar arasında istehsalın azaldılması istiqamətində daha yaxşı koordinasiya olsa, nəticə əldə edilə bilər. Neft bazarında balansın qorunması və qiymət sabitliyinə nail olmaq məqsədilə Azərbaycan OPEC+ əməkdaşlığı çərçivəsində fəal rolunu bu gün də davam etdirərək, bu formatda keçirilən tədbirlərə ev sahibliyi edir və neft bazarnın tənzimlənmə prosesinə töhfə verir. Qeyd edək ki, Nazirlərin Birgə Monitorinq Komitəsinin 13-cü (JMMC) iclasında OPEC-in Baş katibi Məhəmməd Barkindo ilə yanaşı, OPEC prezidenti, Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes, JMMC-nin sədri, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih iştirak edəcək. Tədbirə həmçinin OPEC üzvləri Əlcəzair, BƏƏ, Kuveyt, İraq, Liviya, Nigeriya, Konqo, qeyri-OPEC ölkələrindən isə Rusiya, Qazaxıstan, Bəhreyn və Bruneyin nazir və yüksək səviyyəli nümayəndə heyəti qatılacaq.
Ahmet Kural narkotik istifadə etdiyini açıqladı like
  • 16 Mar 14:27  
Digərləri Ahmet Kural narkotik istifadə etdiyini açıqladı

Müğənni Sılanı döydüyü iddia edilən aktyor Ahmet Kuralın narkotik madd

arrow Ətraflı
Ötən gün 2 yol qəzasında 3 nəfər ölüb, 3 nəfər yaralanıb like
  • 16 Mar 14:22  
Digərləri Ötən gün 2 yol qəzasında 3 nəfər ölüb, 3 nəfər yaralanıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisəl

arrow Ətraflı
“Elçin 2 ildir boşanıb, əlaqəsi olsaydı, Aysellə evlənərdi” like
  • 16 Mar 14:21  
Digərləri “Elçin 2 ildir boşanıb, əlaqəsi olsaydı, Aysellə evlənərdi”

Son günlər media gündəmini zəbt edən müğənni Aysel Əlizadənin də ad

arrow Ətraflı
"Niyə ona terrorçu demirlər? Çünki müsəlman deyil!" like
  • 16 Mar 14:16  
Digərləri "Niyə ona terrorçu demirlər? Çünki müsəlman deyil!"

Dünyaca məşhur müğənni Riki Martin Yeni Zelandiyada baş verən terrorla b

arrow Ətraflı
Elçin Quliyev növbəti dəfə Atçılıq Federasiyasının prezidenti seçilib (FOTO) like
  • 16 Mar 14:10  
Digərləri Elçin Quliyev növbəti dəfə Atçılıq Federasiyasının prezidenti seçilib (FOTO)

Bu gün Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) növbəti

arrow Ətraflı
Dunya Kubokunda gənc tamaşaçı: "Gimnastların yarışını izləmək çox maraqlıdır" like
  • 16 Mar 14:10  
Digərləri Dunya Kubokunda gənc tamaşaçı: "Gimnastların yarışını izləmək çox maraqlıdır"

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda gimnastların çıxışları

arrow Ətraflı
Polis DTX ilə birgə əməliyyat keçirdi like
  • 16 Mar 13:59  
Digərləri Polis DTX ilə birgə əməliyyat keçirdi

Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümləd

arrow Ətraflı
Muğam Mərkəzində "Muğam 2019" televiziya müsabiqəsi davam edir  FOTO like
  • 16 Mar 13:54  
Kriminal Muğam Mərkəzində "Muğam 2019" televiziya müsabiqəsi davam edir FOTO

Beynəlxalq Muğam Mərkəzində "Muğam- 2019" Televiziya Müsabiqəs

arrow Ətraflı
Dunya Kubokunda gənc tamaşaçı: Gimnastların yarışını izləmək çox maraqlıdır like
  • 16 Mar 13:50  
Digərləri Dunya Kubokunda gənc tamaşaçı: Gimnastların yarışını izləmək çox maraqlıdır

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda gimnastların çıxışları

arrow Ətraflı
Baş nazir hicab bağlayıb, müsəlmanların qarşısına çıxdı  "Ölkənin ən qaranlıq günüdür"  FOTO like
  • 16 Mar 13:48  
Dünya Baş nazir hicab bağlayıb, müsəlmanların qarşısına çıxdı "Ölkənin ən qaranlıq günüdür" FOTO

Yeni Zelandiyanın baş naziri Casinda Ardern ölkədəki müsəlman cəmiyyəti

arrow Ətraflı
Azərbaycan idmançısı Dünya Kubokunda gümüş medal qazandı like
  • 16 Mar 13:48  
Digərləri Azərbaycan idmançısı Dünya Kubokunda gümüş medal qazandı

Azərbaycan idmançısı Dünya Kubokunda gümüş medal qazandı.

arrow Ətraflı
Bakıda temperatur aşağı enəcək, yağış yağacaq like
  • 16 Mar 13:43  
Digərləri Bakıda temperatur aşağı enəcək, yağış yağacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı