Ötən gün 2 yol qəzasında 3 nəfər ölüb, 3 nəfər yaralanıb


Digərləri 16 Mar 2019 14:22:00 158 0

Ötən gün 2 yol qəzasında 3 nəfər ölüb, 3 nəfər yaralanıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Bakı. Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 30 cinayətin üstü “isti izlər”lə açılıb. Bundan başqa, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb.