Bakıda qadın gimnastlar arasında müxtəlif hündürlüklü qollar üzrə yarışın qalibləri müəyyənləşib


Digərləri 16 Mar 2019 14:04:21 266 0

Bakıda qadın gimnastlar arasında müxtəlif hündürlüklü qollar üzrə yarışın qalibləri müəyyənləşib

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda qadınlar arasında müxtəlif hündürlüklü qollarda hərəkətlərin yekunu üzrə qaliblər müəyyənləşib.

Son.az Trend-ə istinadən xəbər verir ki, çinli idmançı Ciaqi Lyu 14.266 balla yarışın qalibi olub.

Rusiyalı Anastasiya İliankova ikinci (14.133), Avstraliya gimnastı Corciya-Rouz Braun isə üçüncü yeri (13.566) tutub.