Bakıda qadın gimnastlar arasında müxtəlif hündürlüklü qollar üzrə yarışın qalibləri müəyyənləşib


Digərləri 16 Mar 2019 13:58:00 180 0

Bakıda qadın gimnastlar arasında müxtəlif hündürlüklü qollar üzrə yarışın qalibləri müəyyənləşib

Bakıda qadın gimnastlar arasında müxtəlif hündürlüklü qollar üzrə yarışın qalibləri müəyyənləşib.

Bakı. Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda qadınlar arasında müxtəlif hündürlüklü qollarda hərəkətlərin yekunu üzrə qaliblər müəyyənləşib. Trend-in məlumatına görə, çinli idmançı Ciaqi Lyu 14.266 balla yarışın qalibi olub. Rusiyalı Anastasiya İliankova ikinci (14.133), Avstraliya gimnastı Corciya-Rouz Braun isə üçüncü yeri (13.566) tutub.