"Xalq seçimi": Day.Azın oxucuları yaxşıların yaxşısını seçdilər FOTO


Digərləri 16 Mar 2019 12:30:00 229 0

"Xalq seçimi": Day.Azın oxucuları yaxşıların yaxşısını seçdilər  FOTO

Day.Az informasiya portalı hər ay oxucuları arasında sorğular keçirir. Sayt bu mivanlla ən yaxşı otelləri, bankları, taksi xidmətlərini, qida məhsullarını, kondisioner markalarını və s. seçir.

Dünən Bakıdakı "Tavada" restoranında "Xalq seçimi 2018" layihəsinin qaliblərinin mükafatlandırma mərasimi olub. 12 finalçı şirkətə xüsusi keyfiyyət və populyarlıq nişanlarını təqdim etdik.

Mərasimdə giriş nitqi ilə Day.Az-ın direktor müavini Arzu Nağıyev çıxış edərək  Day.Az, Trend.Az, Son.az, AzerNews.Az və kurasiya etdiyi digər media vasitələri adından qonaqlara təşəkkürünü bildirib. Onun sözlərinə görə, həmin KİV-lərdə 128 jurnalist çalışır və 6 dildə xəbər yayan 5 KİV mərasimdəki şirkətlərlə əməkdaşlığa hazırdır.