Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda final mərhələsi başladı FOTO


Digərləri 16 Mar 2019 12:26:00 313 0

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda final mərhələsi başladı  FOTO

Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində yarışların üçüncü gününə start verilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu gün final mərhələsində kişi idmançılar arasında sərbəst hərəkətlər, paralel qollar və halqalar üzrə tapşırıqlarda ən güclülər müəyyənləşəcək. Qadın gimnastlar arasında isə dayaqlı tullanma və müxtəlif hündürlüklü qollarda hərəkətlərin yekunu üzrə qaliblər məlum olacaq.

Günün sonunda mükafatlandırma mərasimi keçiriləcək.


Xəbərə aid fotolar