Fatimə Aysel haqda: "Evi, maşını var, kimə nə?"


Şou-biznes 16 Mar 2019 11:47:00 282 0

Fatimə Aysel haqda: "Evi, maşını var, kimə nə?"

"İllərdir səni tanıyıram və necə olduğunu bilirəm"

İllərdir səni tanıyıram və necə olduğunu bilirəm. Ən əsası qəlbinə bələdəm. İnşallah, bu qara xətt tez bir zamanda sənin üstündən keçər.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva müğənni Aysel Əlizadənin ünvanına yazıb. Sənətçi son günlər adı 13 illik ailəni dağıtmaqda, evli kişi ilə münasəbətdə olmaqda hallanan ifaçıya dəstək olub:

"Kiminsə şəxsi həyatına qarışmağa haqqımız yoxdur. Düşünün ki, o, Azərbaycan qızıdır. Bu qədər də zərbə vurmaq olmaz. Kiminsə şəxsi həyatını ortaya çıxarmağa haqqımız yoxdur. Biz şou-biznesin içində ola bilərik, amma bizim də özəlimiz var.