Bir könüllüdən min könüllüyə FOTO


Digərləri 16 Mar 2019 11:36:00 318 0

Bir könüllüdən min könüllüyə  FOTO

14 mart 2019-cu il tarixdə Bakı Dövlət Universitetində "Bir könüllüdən min könüllüyə" adlı layihənin 9-cu seminarı keçirilib.

Son.az xəbər verir ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, ASAN Könüllülük Məktəbinin və ASAN Könüllüləri Təşkilatının təşkilatçılığı, ASAN Radionun informasiya dəstəyi ilə həyata keçirilir. "Bir könüllüdən min könüllüyə" layihəsinin məqsədi ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan gənclər arasında könüllülük fəaliyyətinin təbliği və təşviqi, sosial xidmətlər sahəsində könüllü müraciətlərinin sayını və onların bu sahəyə marağını artırmaqdır. Qeyd edək ki, tədbiri Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Daşqın Qənbərov açaraq qonaqları salamlamış və ölkəmizdə gənclərin, o cümlədən Bakı Dövlət Universitetinin tələbələrinin könüllülük fəaliyyətinə xüsusi maraq göstərməsini müsbət qiymətləndirmiş, ölkəmizdə keçirilən yerli və beynəlxalq tədbirlərdə könülülərin rolunun əvəzsiz olduğunu qeyd etmişdir. Daha sonra Dövlət Agentliyinin İnsan resursları və Təlim şöbəsinin müdir müavini, ASAN Könüllülük Məktəbinin rəhbəri Cahangir Hacıyev ölkəmizdə geniş vüsət almış könüllülük hərəkatından söz açaraq bu fəaliyyətin ölkə başçısı tərəfindən yaxından dəstəklənməsini, gənclərinin inkişafina yönəlmiş layihələrdə ASAN könüllülərinin yaxından iştirak etdiklərini qeyd etmişdir. Daha sonra layihə rəhbəri Nərmin Cahangirova layihə barədə tələbələrə ətraflı məlumat vermişdir. Layihənin qonağı YAŞIL ASAN Təşəbbüsünün rəhbəri Səkinə Həsənova ASAN könüllülərinin layihələrindən və öz uğurlarından bəhs etmişdir. Daha sonra ASAN könüllüsü olmuş və hal-hazırda Ədliyyə Nazirliyinin penitensiar xidmətində çalışan Rövşən Abbasov və ASAN könüllüsü - UNEC tələbəsi , ML start-up.nin həmtəsisçisi Teymur Hacıyev könüllülüklə başlayan uğur hekayələrini universitetin tələbələri ilə bölüşdülər. 2-ci hissədə təlimçi Rəşad Məmmədov tələbələrə "Beynəlxalq Könüllülük proqramları və Azərbaycanda könüllülük hərəkatı" mövzusunda təlim keçmiş və tələbələri maraqlandıran sualları cavablandırmışdır.