Gənc tamaşaçılar Dünya Kubokunda azərbaycanlı gimnastlara azarkeşlik edirlər


Digərləri 16 Mar 2019 11:29:28 224 0

Gənc tamaşaçılar Dünya Kubokunda azərbaycanlı gimnastlara azarkeşlik edirlər

Gənc tamaşaçılar Dünya Kubokunda azərbaycanlı gimnastlara azarkeşlik edirlər.

Bakı. Cani Babayeva - Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku turnirinin gənc tamaşaçıları Mehriban Qəniyeva, Məryəm Məhəmmədova və Aynaz Məcidzadə yarışlarda azərbaycanlı gimnastlara azarkeşlik edirlər. Trend-ə danışan M.Qəniyeva özü də idman gimnastikası ilə məşğul olduğunu bildirib: "Məşhur gimnastların çıxışlarını izləmək mənə stimul verir. Onların çıxışlarını izlədikcə daha çox məşq etmək və idmanda uğurlar qazanmaq istəyirəm". M.Məhəmmədova çıxışları böyük maraqla izlədiyini deyib: “Azərbaycanlı gimnastların həm bu yarışda, həm də gələcək yarışlarda medallar qazanmasını arzulayıram”.