Yol kənarı ilə gedən qadını maşın vurdu


Digərləri 16 Mar 2019 11:03:00 189 0

Yol kənarı ilə gedən qadını maşın vurdu

Gecə saatlarında paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində qadını maşın vurub. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, təxminən 35-40 yaşlarda, şəxsiyyəti hələlik məlum olmayan qadın yol kənarı ilə gedərkən "Hyundai" markalı avtomobil tərəfindən vurulub. Sürücü qadını xəstəxanaya çatdırıb.

Xəstəxanadan verilən məlumata görə, qadının vəziyyəti ağırdır. 

Qeyd edək ki, sürücü Sabunçu polisi tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.