BakıGəncəBakı qatarlarında qiymətlər endirildi


Digərləri 16 Mar 2019 11:05:00 208 0

BakıGəncəBakı qatarlarında qiymətlər endirildi

Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən qatarlarda qiymətlər endirilib.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən Son.az-a verilən məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, Novruz bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədi ilə Bakıdan 20.03.2019-cu il tarixində, bir reysə əlavə 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat 09:45-də yola düşəcək və Gəncəyə saat 14:00-da çatacaq.