Bakı-Gəncə-Bakı istiqamətində qatarlarda qiymətlər endirildi


Digərləri 16 Mar 2019 10:52:00 203 0

Bakı-Gəncə-Bakı istiqamətində qatarlarda qiymətlər endirildi

Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən qatarlarda qiymətlər endirilib. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə verilən məlumatda bildirilir.

Bakı. Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən qatarlarda qiymətlər endirilib. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, Novruz bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədi ilə Bakıdan 20.03.2019-cu il tarixində, bir reysə əlavə 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat 09:45-də yola düşəcək və Gəncəyə saat 14:00-da çatacaq.