Balakəndə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb


Digərləri 16 Mar 2019 10:25:00 199 0

Balakəndə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Balakəndə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Bakı. Balakəndə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhər ərazisində xidmət apararkən “VAZ 21011” markalı avtomobil inzibati qayda pozuntusuna görə saxlanılmış, həmin vaxt avtomaşında sərnişin qismində əyləşmiş Zaqatala rayonu Aşağı Tala kənd sakini İsmayıl Qurbanov üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan Polis Şöbəsinə gətirilib. Üzərinə şəxsi axtarış keçirilən zaman 1 ədəd kibrit qutusunda 8 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.