Bakının yeganə açıq kitabxanası: Buradan pulsuz kitab ala bilərsən,


Digərləri 16 Mar 2019 09:05:00 270 0

Bakının yeganə açıq kitabxanası: Buradan pulsuz kitab ala bilərsən,

Bakıda M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının (AMK) nəzdində yaradılan açıq kitabxanaya maraq yüksəkdir, bu kitabxanadan gənclər və uşaqlar daha çox istifadə edirlər.

Son.az xəbər verir ki, bunu Trend-ə AMK-nın direktor müavini Ədibə İsmayılova deyib.

Ə.İsmayılovanın sözlərinə görə, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının "Açıq kitabxana" layihəsi çərçivəsində 2016-cı ildə yaradılan məkana gələnlər arasında əcnəbilər də olur:

"Açıq kitabxanadan istifadə etmək üçün qeydiyyatdan keçmək lazım deyil. Ona görə də buraya il ərzində nə qədər oxucunun gəldiyini demək olmur. Ancaq müşahidələrə əsasən, demək olar ki, buraya gələn oxucuların sayı minlərlədir. Kitabxanaya gələnləri kitabxanaçılar müşayiət edirlər. Oxucular isə kitablardan sərbəst şəkildə istifadə edirlər".

Ə.İsmayılova qeyd edib ki, açıq kitabxanaya müraciət edən hər bir vətəndaş öz kitabını kitabxanaya təhvil verməklə oxumadığı yeni bir kitab əldə edə bilir. Oxucunun bu kitabxanadan kitab götürməsi üçün onun aldığının əvəzinə başqa bir kitab təhvil verməsi şərtdir. Həmin şəxs aldığı bu kitabı geri qaytarmaya da bilər:

"Bu, artıq onun kitabı sayılır. Ancaq həmin oxucu yenidən kitab oxumaq fikrinə düşərsə, kitabxanaya başqa birini təhvil verməlidir".