Bakıda çörək almağa gedən 37 yaşlı kişi itkin düşdü


Digərləri 16 Mar 2019 09:10:00 179 0

Bakıda çörək almağa gedən 37 yaşlı kişi itkin düşdü

Bakı sakini naməlum şəraitdə itkin düşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Yasamal rayonu, Kazımzadə küçəsi ev 40-da yaşayan, 1982-ci il təvəllüdlü Xanbalayev Əliağa Məmmədağa oğlu evdən çörək almaq adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.