Yeni Windows 10 ilə Androidli telefonlar idarə olunacaq


Digərləri 16 Mar 2019 08:46:00 236 0

Yeni Windows 10 ilə Androidli telefonlar idarə olunacaq

Test mərhələsindəki yeni Windows yeniləməsi ilə Android əməliyyat sistemli telefonlarla kompüter ekranından istifadə etmək mümkün olacaq.

Son.az chip.az-a istinadən bildirir ki, Microsoft-un Windows Phone ilə işi qurtarandan bəri, texnologiya nəhəngi digər iki böyük ağıllı telefon əməliyyat sistemi ilə inteqrasiya planlaşdırırdı ki, xüsusən Android sistemli telefonlar daha çox diqqət mərkəzində idi.

Qeyd edək ki, ötən ilin may ayında Your Phone adlı bir tətbiqlə kompüterlərə məktub və fotoşəkilləri sürətli köçürmə xüsusiyyəti istifadəçilərə təqdim olunmuşdu. Microsoft bu gündən etibarən, Android əməliyyat sistemli telefonların ekranını kompüterə əks etdirməyinizə imkan yaradır.

Belə ki, bu özəllik Windows 10 Insider-in ən son variantında istifadəyə təqdim olunur. Your Phone tətbiqindəki dəyişiklərin tam olaraq yekunlaşması bir neçə gün davam edə bilər. Təəssüf ki bu özəllik bu an üçün yalnız Android 7.0 üzərindəki əməliyyat  sistemlərini dəstəkləyir.