Qatlana bilən kamera EVO təqdim edildi VİDEO


Digərləri 16 Mar 2019 08:35:00 233 0

Qatlana bilən kamera EVO təqdim edildi  VİDEO

Hələ qatlana bilən smartfonlar bazarda özlərinə yer edə bilmədən qatlana bilən kameralar təqdim olunmağa başladı.

Son.az chip.az-a istinadən bildirir ki, Insta360 tərəfindən təqdim edilən EVO, 180 dərəcə 3D kameraya və cihazı qatlayaraq istifadə edə biləcəyiniz 360 dərəcəlik bir kamera ilə təchiz olunub. Həmçinin təqdimat zamanı şirkət tərəfindən smartfonlardan eynəksiz 3D görüntüləri izləməyə imkan yaradan HoloFrame-i də təqdim etdim.

EVO qatlanmamış vəziyyətində yan-yana duran 2 linzası ilə 5,7 K keyfiyyətli, 18 MP 180 dərəcə 3D video və 18 MP 180 dərəcə 3D fotoşəkillər lentə ala bilir.

Qatlanan zaman isə bu iki linza arxa-arxaya gəlir ki, bu zaman 3D şəkillər əldə edə bilməzsiniz. Ancaq bu vəziyyətdə 360 dərəcəli bir şəkil çəkmək mümkündür.