Rusiyada axtarışda olan azərbaycanlı Bakıda tutuldu


Digərləri 16 Mar 2019 08:38:00 205 0

Rusiyada axtarışda olan azərbaycanlı Bakıda tutuldu

Rusiyanın Moskva vilayətinin Solneçnoqrosk rayonunun polisinin Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində uzun müddətdir axtarışda olan 44 yaşlı azərbaycanlını yaxalayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, əməliyyat Bakıda keçirilib.

Bildirilib ki, həmin şəxs qanunsuz narkotik maddə, psixiotrop maddə və spirtli içki satışında ittiham edilir.

Əməli sübuta yetirilərsə, onu 15 ilədək həbs cəzası gözləyir.