Windowsda yeni boşluq aşkarlanıb


Digərləri 16 Mar 2019 08:21:00 226 0

Windowsda yeni boşluq aşkarlanıb

"Kasperski laboratoriyası" "Windows" əməliyyat sistemində naməlum boşluq aşkar edib.   Son.az ICTnews-a istinadən bildirir ki, şirkətin saytında dərc edilmiş məlumata görə, hakerlər həmin boşluğun köməyi ilə şəbəkə və ya "qurban"ın qurğusu üzərində tam nəzarəti ələ keçirə bilərdilər.   Bu boşluqdan istifadə etmək üçün kibercinayətkarlar şəbəkə hücumlarının həyata keçirilməsi proqramını yazıblar. Proqram "Windows 8" və "Windows 10" əməliyyat sistemlərini hədəf alıb.   Boşluq haqqında informasiya "Microsoft" şirkətinə göndərilib. ABŞ şirkəti artıq yeniləmə çıxarıb.