Valideyn olmaq istəyən şəxslər virtual körpə sahibi ola biləcək


Digərləri 16 Mar 2019 08:15:00 245 0

Valideyn olmaq istəyən şəxslər virtual körpə sahibi ola biləcək

Sonsuza qədər yaşayacaq və heç bir xərci çıxmayacaq virtual körpələr valideylərin DNT-ə uyğun olaraq yaradılacaq.

Son.az chip.az-a istinadən bildirir ki, gələcək elm adamları körpəyə sahib olmağın çoxlu maliyyə və süni intellektin sürətli inkişafı insanların virtual bir uşaq sahibi olmağa vadar edəcəyini bildirib. İddiaya görə, virtual körpələr 2050-ci ildən etibarən həyatımıza daxil olacaq. Alimlər 30 il ərzində DNT-ə aid bübtün bilgilərə sahib olacaqlarını və bunu kompüterə yükləyə biləcəklərini iddia edirlər.

Buna görə də növbəti virtual nəsil valideyn olacaq şəxslərin genetik indekslərinə uyğun olaraq inkişaf etdiriləcək və əsil körpələr kimi reaksiya verəcəklər. Valideynlər virtual eynəklər vasitəsilə bu rəqəmsal körpələrlə qarşılıqlı əlaqə qura biləcəklər.