Bayram günlərində istehlakçılar fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq


Digərləri 16 Mar 2019 08:03:00 252 0

Bayram günlərində istehlakçılar fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq

Novruz bayramı və qeyri-iş günlərində enerji istehlakçılarının, habelə bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması məqsədilə Bakı şəhərində və regionlarda təşkilatı və texniki tədbirlər görülərək mart ayının 19-dan 27-ə qədər "Azərişıq" ASC-nin Mərkəzi Aparatı və RETSİ-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib.

Trend-in məlumatına görə, bayram günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb, elektrik şəbəkəsinin normal rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək.