Viberdə gözlənilən yenilik var


Digərləri 16 Mar 2019 07:51:00 220 0

Viberdə gözlənilən yenilik var

"Viber" messencerinin "Android" və "iOS" sistemlərinin idarəetməsi altında işləyən smartfonlar üçün proqramlarında qrup səsli zəngləri əlçatan olub.   Son.az ICTnews-a istinadən bildirir ki, sözügedən funksiya hər bir kəsə qruplarda danışıq rejimində eyni zamanda 5-dək insanla ünsiyyət saxlamağa imkan verir. 2 üsulla belə zəng etmək mümkündür: 3-cü və digər həmsöhbətləri artıq mövcud olan danışığa əlavə etmək, yaxud birbaşa qrup çatından yaratmaq.   "Emosiyaları dostlarla paylaşmaq və ya təcili planları müzakirə etmək lazım gəldikdə sözügedən funksiya vaxta qənaət etməyə imkan verir" - "Viber"in mətbuat xidməti bildirib. Son.az