“Azerbaijan Public Speaking Competition” layihəsinin yarımfinal mərhələsi yekunlaşıb FOTO


Digərləri 16 Mar 2019 07:25:00 238 0

“Azerbaijan Public Speaking Competition” layihəsinin yarımfinal mərhələsi yekunlaşıb  FOTO

Dünyanın ən böyük natiqlik yarışmasını həyata keçirən "The English-Speaking Union" təşkilatının tərəfdaşı olan "Azerbaijan Public Speaking Competition" çərçivəsində 2-3 mart, 2019-cu il tarixində yarımfinal mərhələsi baş tutub.

Trend-in məlumatıan görə, beynəlxalq proqram çərçivəsində iştirakçılar peşəkar və beynəlxalq təcrübəyə malik təlimçilər tərəfindən 20 saatlıq təlim kursunda iştirak etdikdən sonra 4 gün ərzində yarımfinal çıxışları üçün mentorların köməyilə öz təqdimatlarını hazırlayıblar. Bu mərhələ yekunlaşdıqdan sonra iştirakçılar yarımfinal mərhələsində "Gələcəyi təxmin etməyin ən yaxşı yolu onu kəşf etməkdir!" mövzusu ətrafında çıxışlar ediblər. Çıxışlar münsif heyəti tərəfindən beynəlxalq meyarlara əsasən qiymətləndirilib.

Ən yüksək balla qiymətləndirilən 10 nəfər finala vəsiqə qazanıb. Finalçıları sizə təqdim edək:

Vaqif Qasımov - Bakı-Oksford Məktəbi

Səadət Xəlilova - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Nərgiz Əli - Azərbaycan Tibb Universiteti

Lamiyə Hüseyn - "Dünya" Məktəbi

Raul Məmmədov - "Dünya" Məktəbi

Adil Qafarlı - Bakı Mühəndislik Universiteti

Murad Şahməmmədli - Dünya Məktəbi


Xəbərə aid fotolar