İdmançımız təkanla qaldırma hərəkətində qızıl medal qazanıb (FOTO)


Digərləri 16 Mar 2019 06:46:43 191 0

İdmançımız təkanla qaldırma hərəkətində qızıl medal qazanıb (FOTO)

8-16 mart tarixlərində ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında 8-ci dünya birinciliyi başa çatıb. 50 ölkədən 200-ə yaxın atletin mübarizə apardığı yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak ediblər.

Bakı. 8-16 mart tarixlərində ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında 8-ci dünya birinciliyi başa çatıb. 50 ölkədən 200-ə yaxın atletin mübarizə apardığı yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak ediblər. Trend-in məlumatına görə, onlardan son olaraq körpücük üzərinə yeniyetmələr arasında Avropa birinciliyinin mükafatçısı Rəhman Kazımov çıxıb. O, +102 kq çəki dərəcəsində mübarizə aparıb. Atletimiz birdən qaldırma hərəkətində 131 kq-ı ram edərək bu hərəkətdə 5-ci yeri tutub. Təkanla qaldırma hərəkətində isə Rəhman tarixi uğurla yadda qalıb. Hər üç yanaşmasını uğurla yerinə yetirən idmançımız 174 kq-ı başı üzərinə qaldırmağı bacarıb. Bu nəticə ilə o bu hərəkətdə bütün rəqiblərini üstələyərək dünya birinciliyinin qızıl medalına sahib çıxıb. Azərbaycan yeniyetmə ağır atletikası tarixində bu günə qədər heç kim dünya birinciliyində qızıl medal qazanmamışdı. Bu baxımdan Kazımovun medalı bir ilkdir.