“Azerbaijan Public Speaking Competition” layihəsinin yarımfinal mərhələsi yekunlaşıb (FOTO)


Digərləri 16 Mar 2019 04:50:00 151 0

“Azerbaijan Public Speaking Competition” layihəsinin yarımfinal mərhələsi yekunlaşıb (FOTO)

Dünyanın ən böyük natiqlik yarışmasını həyata keçirən “The English-Speaking Union” təşkilatının tərəfdaşı olan “Azerbaijan Public Speaking Competition” çərçivəsində 2-3 mart, 2019-cu il tarixində yarımfinal mərhələsi baş tutub.

Bakı. Dünyanın ən böyük natiqlik yarışmasını həyata keçirən “The English-Speaking Union” təşkilatının tərəfdaşı olan “Azerbaijan Public Speaking Competition” çərçivəsində 2-3 mart, 2019-cu il tarixində yarımfinal mərhələsi baş tutub. Trend-in məlumatıan görə, beynəlxalq proqram çərçivəsində iştirakçılar peşəkar və beynəlxalq təcrübəyə malik təlimçilər tərəfindən 20 saatlıq təlim kursunda iştirak etdikdən sonra 4 gün ərzində yarımfinal çıxışları üçün mentorların köməyilə öz təqdimatlarını hazırlayıblar. Bu mərhələ yekunlaşdıqdan sonra iştirakçılar yarımfinal mərhələsində “Gələcəyi təxmin etməyin ən yaxşı yolu onu kəşf etməkdir!” mövzusu ətrafında çıxışlar ediblər. Çıxışlar münsif heyəti tərəfindən beynəlxalq meyarlara əsasən qiymətləndirilib. Ən yüksək balla qiymətləndirilən 10 nəfər finala vəsiqə qazanıb. Finalçıları sizə təqdim edək: Vaqif Qasımov - Bakı-Oksford Məktəbi Səadət Xəlilova - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Nərgiz Əli - Azərbaycan Tibb Universiteti Lamiyə Hüseyn - “Dünya” Məktəbi Raul Məmmədov - “Dünya” Məktəbi Adil Qafarlı - Bakı Mühəndislik Universiteti