"Orta əsr musiqisi və musiqi alətlərinin tarixi" mövzusunda beynəlxalq elmi seminar keçiriləcək


Digərləri 16 Mar 2019 03:20:00 161 0

"Orta əsr musiqisi və musiqi alətlərinin tarixi" mövzusunda beynəlxalq elmi seminar keçiriləcək

Beynəlxalq Muğam Mərkəzi "Orta əsr musiqisi və musiqi alətlərinin tarixi" mövzusunda beynəlxalq elmi seminar təqdim edir.

Bakı. Beynəlxalq Muğam Mərkəzi "Orta əsr musiqisi və musiqi alətlərinin tarixi" mövzusunda beynəlxalq elmi seminar təqdim edir. Trend-in məlumatına görə, Beynəlxalq Muğam Mərkəzində ekspertlərin və tələbələrin iştirakı ilə “Orta əsr musiqisi və musiqi alətlərinin tarixi” mövzusunda dəyirmi masa və Avstriyalı professor, alətşünas Tomas Şallabök, Azərbaycanın qədim musiqi alətlərinin tədqiqatçısı Məmmədəli Məmmədovun bədii rəhbərliyi və xalq artisti, professor Fəxrəddin Dadaşovun musiqi rəhbərliyi altında “Əsrlərin sədası” ansamblının qədim Şərq və Qərb musiqisinə həsr olunmuş birgə konserti keçiriləcək. Martın 16-da saat 17:00-da Beynəlxalq Muğam Mərkəzində həmin Mərkəzin “Dəyirmi masa” layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin Azərbaycan Milli Konservatoriyası və Bakıdakı Avstiya səfirliyi, həmçinin, Azərbaycan Dillər Universiteti ilə birgə təşkil etdiyi “Orta əsr musiqisi və musiqi alətlərinin tarixi” adlı tədbir, bununla yanaşı, saat 19:00-da eyni təşkilatçıların təqdim etdiyi qədim Şərq və Qərb musiqisinə həsr olunmuş konsert keçiriləcəkdir.