Yüksək təzyiq xəstələri bu saatda yatsın


Digərləri 15 Mar 2019 23:51:00 254 0

Yüksək təzyiq xəstələri bu saatda yatsın

Təzyiqin az da olsa normadan kənara çıxıb yüksəlməsi ürək-damar xəstəliyi və beyinə qansızma riskini artırır.

Son.az medicina.az-a istinadən alimlərin yüksək təzyiq xəstələrinə məsləhət gördüyü yeni və asan metodu təqdim edir.

Gündüz yuxusu - təzyiqi olanlar üçün günorta az da olsa yatmaq çox yaxşıdır. Bunu Amerika kardioloji kollecinin araşdırmaçı qrupu təyin edib. 

Gündüzlər yeməkdən sonra mürgüləmək arterial təzyiqə duzdan və içkidən imtinaya bərabər faydalı təsir edir. Günortalar yatan xəstələrin təzyiqi 5 mm aşağı olur.  Nəzərə alın ki, təzyiq dərmanı da təzyiqi 5-7 mm aşağı sala bilir.