60 yaşından sonra idman vaxtsız ölüm riskini azaldır


Digərləri 15 Mar 2019 23:54:00 235 0

60 yaşından sonra idman vaxtsız ölüm riskini azaldır

İdmanla məşğul olmaq heç vaxt gec deyil. Son.az AZƏRTAC-a istinadən bildirir ki, müntəzəm idman məşqləri hətta 60 yaşından sonra başlasa belə, vaxtsız ölüm riskini azaldır.

Tədqiqat idmanla məşğul olmağa başlamaq üçün münasib olmayan yaş yoxdur barədə fərziyyəni təsdiq edib.

Müntəzəm məşqlər hətta orta və ahıl yaşlarda başlasa belə, vaxtsız ölüm riskini bütün həyatı boyu idmanla məşğul olan insanlarda müşahidə olunan həddə qədər azaltmağa kömək edir. Tövsiyə edilən gündəlik fiziki fəallıq normasını 40-61 yaşlarında yerinə yetirməyə başlayan insanlarda vaxtsız ölüm riski 16-43 faiz azalır. Gəncliyində idmanla məşğul olanlar, lakin yaşa dolanda bu faydalı vərdişdən imtina edənlər isə sağlamlıq üçün qazandıqları bütün üstünlükləri itirirlər.