Azərbaycan namizədi İƏTdə komissiyaya üzv seçilib


Siyasət 15 Mar 2019 23:30:00 203 0

Azərbaycan namizədi İƏTdə komissiyaya üzv seçilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına üzv seçilib.

Azərbaycan XİN-dən Son.az-a verilən məlumata əsasən, bu ilin 1-2 mart tarixlərində Abu-Dabidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası çərçivəsində İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvlüyünə seçkilər baş tutub.

Qruplar üzrə keçirilən seçkilərdə ölkəmizin də təmsil olunduğu Asiya qrupu üçün müəyyən olunmuş 3 vakant yerə 5 ölkənin, o cümlədən ölkəmizin namizdəliyi irəli sürülüb.

Seçkilər zamanı Azərbaycan namizədliyi mövcud 3 vakant yerə seçilmiş ölkələr arasında ən çox səs toplayan (Azərbaycan, Pakistan və Malayziya) tərəf olub.