Yəhudilərə zeytun yemək niyə qadağan edilib?


Digərləri 15 Mar 2019 23:21:00 286 0

Yəhudilərə zeytun yemək niyə qadağan edilib?

Kaşrut - ən sirli qidalanma sistemlərindən biri hesab olunur. Heç bir ortodoksal yəhudi hər hansı bir ərzağın hansı səbəbdən yeyilməsinin qadağan olmasının səbəbini dəqiq bilmir. Bu ərzaqlara donuz əti, dovşan əti, şorabalar, krevetka, böcəklər, qara kürü və zeytun aiddir. 

Son.az medicina.az-a istinadən bildirir ki, yəhudilərə zeytunu dini bayramlar zamanı yemək qadağan olunsa da, adi günlərdə ondan azacıq istifadə etmək olar. Belə bir fikir mövcuddur ki, zeytun yaddaşı zəiflətdiyi üçün yəhudilərə ondan istifadə etmək qadağan edilib. 

Kaşrut qidalanma məhz dini qidalanma forması hesab edilir. Kaşruta görə zeytun yeməyə icazə olmasa da, bu bitkinin yağından istifadə etmək olar.    İş burasındadır ki, dietoloqlar  yağı qədər zeytunun orqanizm üçün faydasının böyük olduğunu bildirirlər. Tərkibində zeytun olan "Aralıq dənizi dietası" dünyada ən balanslı qidalanma forması hesab olunur.