Bir yaşdan kiçik uşaqlara bunu əsla verməyin!


Digərləri 15 Mar 2019 23:27:00 252 0

Bir yaşdan kiçik uşaqlara bunu əsla verməyin!

Körpə qidaları onların sağlamlığı və böyüməsi üçün olduqca əhəmiyyətlidir. Xüsusi diqqət tələb edən körpə qidalandırılması bəzi hallarda düzgün aparılmır. Nəticədə isə uşaqlarda mənfi təsirlər yaranır. Ümumdünya Səhiyyə Təşkilatı ekspertləri tövsiyə edir ki, həm təbii, həm də süni qida qəbul edən uşaqların rasionuna əlavə qidaları 6 aydan başlayaraq daxil etmək olar. 

Son.az medicina.az-a istinadən körpə uşaq sahibi olan oxucuları üçün faydalı məlumatları təqdim edir.

1 yaşından kiçin uşqlara bal yedirdilməsini həkimlər düzgün hesab etmirlər. Lakin valideynlər bu mövzuda yetərli məlumata sahib deyil. Həkimlər bildirir ki, yaşı tamam olmamış balacalara bal vermək onlar üçün müəyyən problemlər yarada bilir. Xüsusi ilə bir yaşına kimi uşağa bal, suda bişmiş ilıq yumurta, yağlı, duzlu, qızarmış yeməklər, şəkər, qazlı sular vermək olmaz.

Bəs niyə südəmər körpəyə bal vermək olmaz?