Mərdəkanda 4 küçə təmir edilib FOTO


Digərləri 15 Mar 2019 22:56:00 228 0

Mərdəkanda 4 küçə təmir edilib  FOTO

Xəzər rayonu Mərdəkan qəsəbəsinin 4 küçəsində - 28 may küçəsinin 300 metrlik 2-ci döngəsində, 600 metrlik Ziya Bünyadov, 320 metrlik Yesenin və 270 metrlik Qurban İsmayılov küçələrində təmir-bərpa işləri qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Son.az-a verilən məlumata görə, təmir-tikinti işləri hazırda digər 4 küçədə - 1360 metrlik Dəmiryolçular, 2435 metrlik Qılman İlkin,1700 metr uzunluğunda olan Baba Əliyev və 750 metr uzunluğa malik Pioner küçələrində aparılır.

Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. Küçələr boyu yol yatağı profilə salınır, yol əsası tikilir və yeni asfalt-beton örtüyü döşənir.


Xəbərə aid fotolar