Bədən hansı saatlarda nələr etməlidir? möhtəşəm SAĞLAMLIQ DÜSTURU


Digərləri 15 Mar 2019 23:05:00 328 0

Bədən hansı saatlarda nələr etməlidir?  möhtəşəm SAĞLAMLIQ DÜSTURU

Qədim çinlilər orqanlar arasındakı həyat enerjisinin hərəkətinə əsaslanaraq ideal gün rejimini hesablayıb.

Son.az xəbər verir ki, çinli alimlər belə həyat ritminin bədəni xəstəliklərdən qoruduğunu və orqanların yaşlanmasının qarşısını aldığını iddia edir.

Bədənin ideal qrafikini təqdim edirik:

Saat 06:00

Bu saatda istəməsək də, bədən oyanır. Amin turşuları, hormonlar və şəkərin ifrazı başlayır. Odur ki, saat 6-da oyanmaq faydalıdır, lakin şəkər və alkoqoldan uzaq durmalısınız.

Saat 07:00

Bu saatda ürəyin fəaliyyəti güclənir. Seks hormonları ifraz olunur. İdman etməyin, çünki bu, ürəyin daha da yüklənməsinə səbəb olacaq.

Acqarına bir stəkan su için və səhər yeməyi yeyin.

Saat 08:00

Bədən "yanacaq" tələb edir. Təəssüf ki, insult və infarktlar daha çox bu zaman baş verir. Saat 8 qan analizi üçün ideal zamandır, bir saatdan sonra stressdən dolayı qanın tərkibi artıq dəyişəcək.

Saat 09:00

Saat 9-da bədən daha az ağrı və qorxu hiss edir. İnyeksiya və kimyəvi üsulla müalicə üçün bu ən yaxşı vaxtdır: Fəsad olmayacaq, şəfa isə sürətlənəcək.

Saat 10:00

Bu saat dərs üçün idealdır, çünki beyin artıq daha oyaq olur. Beynin çətin məsələləri həll etmək və vacib qərarlar vermək qabiliyyəti yüksəlir. Bədənin temperaturu artır.

Saat 11:00

Bədən yağ yandırır. Odur ki, ürəyiniz istədiyi hər şeyi yeyə bilərsiniz. Ürək döyüntüsü və qan dövranı optimal səviyyəyə çatır.

Bu saatda kardioloq müayinəsindən keçməyin, çünki diaqnoz səhv ola bilər.

Saat 12:00

Yarım gün keçdi. Bədən keyiyib, beyin isə yaxşı deyil. Oksigen çatışmazlığını kompensasiya etmək üçün açıq pəncərə qarşısında oturun və otağı havalandırın.

Yeganə aktiv orqan artıq mədədir, o yeməyin həzm olunması üçün mədə şirəsi ifraz edir.

Saat 13:00

Diqqət azalır, orqanizm həzmə proqramlaşdırılır. Saat 13:00-da nahar edin və özünüzə kiçik istirahət verin. Yaxşı olardı ki, bu saatda əsəbiləşməyəsiniz, naharı isə sakit şəraitdə yemək lazımdır. Orqanizmə imkan verin ki, qidalı maddələri həzm etsin.

Saat 14:00

Saat 14:00-da yaşam gücü minimumdadır. Vücudun dincəlməyə ihtiyacı var.

Saat 15:00

Beyin yenidən aktivləşir, çalışmağa davam edə bilərsiniz. Maksimum diqqət və konsentrasiya. Ev işləri üçün ideal vaxtdır.