Hər gecə bu saatlarda yuxudan oyanırsınızsa, deməli...


Digərləri 15 Mar 2019 22:53:00 213 0

Hər gecə bu saatlarda yuxudan oyanırsınızsa, deməli...

Çoxları buna heç bir əhəmiyyət verməsə də, biz adətən hər gecə eyni vaxtda yuxudan oyanırıq. Əgər siz hər səhər 3 və 5 arasında yuxudan oyanırsınızsa, bu, mənəvi oyanışın birinci əlamətidir.

Son.az xəbər verir ki, ənənəvi Çin təbabətində akupunktur və akupressur nöqtələrinə yerləşdirilmiş meridianlardan istifadə olunur. Çin etiqadlarına görə, bu energetika meridianları bədənin müxtəlif hissələrini növbə ilə enerjiylə doyduran saat sistemi ilə bağlıdır.

Məsələn, əgər siz gecəyarı müxtəlif saatlarda yuxudan oyanırsınızsa, bu, onun əlamətidir ki, bədən həyəcan hiss edərək sizə konkret emosional və fiziki problemlər haqqında işarə göndərir. Odur ki, gecə oyanmalarına etinasız yanaşmayın.

Hesab olunur ki, gecə yuxuda olarkən Ali Qüvvələrdən bizim mənəvi yolumuzdan danışa bilən mesajlar alırıq. Gəlin onları nəzərdən keçirək...

21.00 və 23.00 arasında yuxu problemləri stressin əlamətidir.

İnsanların əksəriyyəti üçün bu saatlar adi yuxu vaxtıdır. Əgər bu saatlarda yuxuya gedə bilmirsinizsə, bu, həddindən artıq stress və gərginlik əlaməti ola bilər. Belə olan halda meditasiyalardan istifadə etmək tövsiyə olunur.

23.00 və 1.00 arasında oyanmaq emosional məyusluq əlamətidir.

Ənənəvi Çin təbabətində əsasən, bu zaman öd kisəsinin aktiv dövrüdür. Əgər siz bu saatlarda oyanırsınızsa, ola bilsin ki, bu, emosional məyusluqdan xəbər verir. Odur ki, sizə müsbət mantra, özünü qəbul etmə və bağışlanma təlimləri kömək edəcək.