"Soyuq halda için" tövsiyəsinin yaratdığı fəsadlar


Digərləri 15 Mar 2019 22:32:00 221 0

"Soyuq halda için" tövsiyəsinin yaratdığı fəsadlar

İstehsalçı məhsulunu dada gətirir, istehlakçının isə canı əldən gedir 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Gündəlik olaraq ən çox istifadə edilən məhsullardan biri də qazlı, sərinləşdirici, energetik içkilərdir. Təsadüfi deyil ki, müxtəlif  super-market şəbəkələrinin ən böyük reyonları məhz bu içkilərə ayrılır. Ən kiçik yaşlı uşaqlardan tutmuş, orta və yaşlı nəslin nümayəndələri hər gün bu məhsulları istehlak edir. Fikir veribsinizsə, bu içkilərin əksəriyyətinin üzərində "soyuq halda için" tövsiyəsi var. Bəs görəsən bu içkiləri soyuq halda içməyin insan orqanizminə hər hansı bir fəsadı varmı? Varsa, onda niyə istehlakçılara bu içkilərin soyuq halda içilməsi tövsiyə olunur?