Sabunçu vağzalının tikintisində işləyən traktorçu sükan arxasında öldü


Digərləri 15 Mar 2019 22:36:00 234 0

Sabunçu vağzalının tikintisində işləyən traktorçu sükan arxasında öldü

Bakıda dəmir yolu vağzalının tikintisi zamanı ölüm hadisəsi baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Sabunçu dəmir yolu vağzalında baş verib.

Vağzalın inşası ilə əlaqədar yaxınlıqdan keçən yolun tikintisində traktorçu işləyən 1967-ci il təvəllüdlü Əliyev Ənvər Abdüləzim oğlu mühərriki sönülü olan traktorda sükan arxasında oturduğu zaman qəflətən ölüb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.