Ötən il 18 minə yaxın Gürcüstan vətəndaşı Avropa İttifaqı ölkələrindən sığınacaq istəyib


Dünya 15 Mar 2019 22:16:00 230 0

Ötən il 18 minə yaxın Gürcüstan vətəndaşı Avropa İttifaqı ölkələrindən sığınacaq istəyib

Keçən il 17 min 980 nəfər Gürcüstan vətəndaşı Avropa İttifaqı (Aİ) ölkələrində sığınacaq axtarıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Aİ-nin Statistika Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, ümumiyyətlə 2018-ci ildə 580 min 845 nəfər Avropa İttifaqı ölkələrindən sığınacaq istəyib.

Bunun da 3 faizini gürcülər təşkil edib. Gürcülər bu göstərici ilə Avropa İttifaqı ölkələrindən sığınacaq istəyən xaricilər sırasında üçüncü yerdədir.

Gürcüstan vətəndaşları ən çox Fransa, İrlandiya, Çexiya, Danimarka və Lixtenşteyndən sığınacaq istəyiblər.