Böyrək ağrısı ilə xəstəxanaya gəldi, uşaq doğdu


Digərləri 15 Mar 2019 21:53:00 224 0

Böyrək ağrısı ilə xəstəxanaya gəldi, uşaq doğdu

Dəhşətli böyrək ağrıları ilə xəstəxanaya çatdırılan qadını müayinə edən həkimlər şoka düşüblər. İsrarla "böyrəyimdə daş var" deyən qadının hamilə olduğu, artıq doğuş sancılarının başladığını təsbit ediblər.

Son.az medicina.az-a istinadən bildirir ki, amerikalı qadın Ellison Opfer son ayına kimi hamilə olduğunu bilməyib.

Qəfildən təzyiqi də qalxan Opfer təcili keysəriyyə əməliyyatına alınır və onun oğlu doğulur.